Koronavirusa yoluxma sayı 400 mindən çox artdı

   Koronavirusa yoluxma sayı 400 mindən çox artdı
  27 Dekabr 2020    Oxunub:1920
Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı artaraq 80 milyon 720 min 204 nəfərə çatıb.

Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 764 min 697 nəfərdir. İndiyədək 56 milyon 911 min 211 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ötən sutka ərzində 401 176 nəfər infeksiyaya yoluxub, 7335 pasiyent dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti