Daha bir vəkil koronavirusdan vəfat etdi

   Daha bir vəkil koronavirusdan vəfat etdi
  27 Dekabr 2020    Oxunub:2434
Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Hidayət Məmmədov COVID-19 infeksiyasından vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

“Vəkillər Kollegiyasının Rəyasət Heyəti mərhum vəkilin yaxınlarına dərin hüznlə başsağlığı verir və onlara Allahdan səbr diləyir”, - Kollegiyanın "Facebook" səhifəsində paylaşım edilib.

Qeyd edək ki, son bir ayda Vəkillər Kollegiyasının üzvləri - Heydər Əsgərov, Əli Ələkbərov, Adil İsmayılov, Yusif Seyidov və Tahir Əlirzayev koronavirusdan, İdris Qasımov isə uzun sürən xəstəlikdən vəfat edib.

Azvision.az


Teqlər: Vəkil   Koronavirus  






Xəbər lenti