Koronavirusun ən çox yayıldığı 5 ölkə - Yeni statistika
Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 19 573 847 nəfər virusa yoluxub, 341 138 pasiyent dünyasını dəyişib.
İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 10 208 725 yoluxma qeydə alınıb. Onlardan 147 940 nəfəri vəfat edib.
Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 7 484 285 nəfərdə virus aşkar edilib. Xəstələrdən 191 146 nəfəri həyatını itirib.
Dördüncü yerdə qərarlaşan Rusiyada 3 050 248 yoluxma, 54 778 ölüm faktı qeydə alınıb.
Siyahıda beşinci olan Fransada 2 559 686 nəfər virusa yoluxub ki, onlardan 62 746-si ölüb.
Dünyada ötən sutka ərzində 434 min 779 nəfər koronavirusa yoluxub, 7393 nəfər isə dünyasını dəyişib.
Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.
Azvision.az
Teqlər: Koronavirus Statistika







Vaxtında, Aydın, Lazımlı!


