Tramp büdcəni təsdiqlədi: 900 milyardlıq yardım ayrılacaq
İqtisadi yardım paketi 2021-ci ilin sentyabrına qədər davam edəcək 1,4 trilyon dollarlıq büdcənin tərkib hissəsidir.
Qeyd edək ki, büdcədə koronavirusun ziyanını qarşılamaq üçün adambaşına 600 dollar ödənilməsi nəzərdə tutulub. Tramp daha əvvəl bu rəqəmlə razılaşmayaraq ödəniləcək vəsaitin 2 min dollara qaldırılmasını tələb etmişdi. ABŞ lideri 600 dollarlıq ödənişi "utancverici" adlandıraraq Konqresin hər iki palatası tərəfindən qəbul edilmiş büdcə layihəsini imzalamaqdan imtina etmişdi.
Məlumata görə, sənədin imzalanmasına razılıq verməklə, Tramp əlavə iqtisadi yardımla bağlı danışıqların davamını təmin edib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: DonaldTramp







Vaxtında, Aydın, Lazımlı!


