19 balıqçının olduğu gəmi batdı
Arxangelsk vilayəti, Novaya Zemlya yaxınlığındakı Barents dənizinin akvatoriyasında "Oneqa" gəmisi ilə bağlı hadisəyə dair məlumat bazar ertəsi daxil olub. İlkin məlumata görə, gəmi buzlanma səbəbindən batıb.
“Heyət 19 nəfərdir. İki nəfər xilas edildi", - deyə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.
Hazırda “Voykovo” gəmisinin heyəti balıqçıları axtarır və əraziyə əlavə üç gəmi göndərilib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: gəmi







Vaxtında, Aydın, Lazımlı!


