Ermənilər Koçaryana yumurta atdılar - VİDEO

 Ermənilər Koçaryana yumurta atdılar -  VİDEO
  28 Dekabr 2020    Oxunub:1711
Ermənistanda hökumətə və baş nazir Nikol Paşinyanın komandasına qarşı aqressiya artmaqdadır.
Azvision.az xəbər verir ki, vətəndaşlar parlamentin “Mənim addımım” fraksiyasından olan deputatı Andranik Koçaryana yumurta ataraq etirazlarını bildiriblər.

Polislər Koçaryanı qoruyaraq onu dərhal avtomobilə mindiriblər. Onlar deputatı “yumurta atəşi”nə tutanları saxlamağa çalışıblar. Etirazçılar isə Koçaryanın əleyhinə şüarlar səsləndirib, deputatı “xain” deyə çağırıblar.

Andranik Koçaryanın etirazçılardan birinə “satqın sənsən, küçük” deməsi də diqqətdən yayınmayıb.



Tural Tağıyev
Azvision.az


Teqlər: Etirazçılar   Xain   Andranik-Koçaryan  





Xəbər lenti