Paşinyana qarşı yenidən aksiyalar başladı

Paşinyana qarşı yenidən aksiyalar başladı
  28 Dekabr 2020    Oxunub:1413
Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifətçilər İrəvanda ölkə parlamentinin binası qarşısında etiraz aksiyası keçirirlər.
Azvision.az xəbər verir ki, aksiya yerinə əlavə polis qüvvələri cəlb edilib, parlamentin girişi mühasirəyə alınıb.

Ermənistanda Paşinyanın noyabrın 10-da Qarabağa dair razılaşma imzalamasından sonra onun istefası tələbilə mütəmadi olaraq aksiyalar keçirilir.

Müxalif qüvvələr hökumətin sabiq rəhbəri Vazgen Manukyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: etirazaksiyası  





Xəbər lenti