Səudiyyə Ərəbistanı ölkəyə giriş qadağasını uzatdı

Səudiyyə Ərəbistanı ölkəyə giriş qadağasını uzatdı
  28 Dekabr 2020    Oxunub:1070
Səudiyyə Ərəbistanı yeni növ koronavirus ştammına görə sərhədlərini daha bir həftə tam bağlı saxlayacaq.
Azvision.az xəbər verir ki, bu barədə “SPA” agentliyi məlumat yayıb.

21 dekabrda Səudiyyə Ərəbistanı beynəlxalq uçuşların dayandırıldığını, dəniz və quru sərhəd keçid məntəqələrinin bir neçə ölkədə müəyyən edilmiş yeni koronavirus ştammı səbəbindən bağlandığını elan edib.

Bölgədəki digər ölkələr - Oman və Küveyt Səudiyyə Ərəbistanını nümunə götürüblər. Ancaq Oman sərhədlərin 29 dekabrdan açılmasına qərar verib.

Xatırladaq ki, krallıqda pandemiya başlayandan bəri 362,2 mindən çox yoluxma qeydə alınıb, 6185 nəfər koronavirusdan ölüb, 353 mindən çox xəstə isə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SəudiyyəƏrəbistanı  





Xəbər lenti