Rusiya sahillərində batan gəmidə 17 balıqçı ölüb

Rusiya sahillərində batan gəmidə 17 balıqçı ölüb
  28 Dekabr 2020    Oxunub:938
Barens dənizinin Rusiya sahillərində batan “Oneqa” balıqçı gəmisinin 17 heyət üzvü böyük ehtimalla həlak olub.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə təcili yardım xidmətinin nümayəndəsi məlumat verib.

Bu gün səhər saatlarında "Oneqa" balıqçı gəmisinin Barens dənizində batması barədə xəbər yayılıb. Hadisənin ilkin səbəbi kimi buzlaşma göstərilib.

Ümumilikdə, gəmidə 19 nəfər olub, iki nəfər dərhal xilas edilib, qalan 17 nəfər itkin düşmüş kimi siyahıya alınıb.

"Çox güman ki, 17 nəfərin hamısı öldü", - deyə təcili tibbi yardımdan bildirilib.

Məlumata görə, Barens dənizində suyun temperaturu həddindən artıq aşağıdır. Bu isə axtarışlara əngəl olur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Barensdənizi  





Xəbər lenti