Putin Koçaryanla bir saat telefonla danışdı - Nələr müzakirə edilib?

Putin Koçaryanla bir saat telefonla danışdı -  Nələr müzakirə edilib?
  28 Dekabr 2020    Oxunub:2424
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın sabiq prezidenti Robert Koçaryan arasında telefon danışığı olub.

Azvision.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Putinlə Koçaryan arasında danışıq bir saatadək davam edib.
Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyan telefon danışığı barədə məlumatları inkar etməyib, bununla belə təfərrüatları açıqlamayıb.

Məlumata görə, əsas müzakirə olunan məsələlər Ermənistandakı daxili vəziyyət, iqtisadi durum, həmçinin İrəvan və Qarabağda təhlükəsizlik olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koçaryan  





Xəbər lenti