Ermənistanda etirazçılar saxlanıldı - Onlardan biri sabiq nazirdir

 Ermənistanda etirazçılar saxlanıldı -  Onlardan biri sabiq nazirdir
  28 Dekabr 2020    Oxunub:1342
Bu gün Ermənistan parlamentinin qarşısındakı etiraz aksiyasında iştirak edən səkkiz nəfər saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

"Hazırda səkkiz nəfər polis bölməsinə aparılıb", - deyə məlumatda bildirilib.

Parlament binası qarşısında etiraz aksiyası qanunverici orqanın növbədənkənar iclası günü keçirilir. Bina polis tərəfindən mühasirəyə alınıb. Etirazçılar deputatların maşınlarına yumurta atıblar.

Saxlanılanlar arasında keçmiş iqtisadiyyat naziri Artsvik Minasyan daxil olmaqla ARF "Daşnaksütyun" partiyasının nümayəndələri də var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti