Yaz yağışı yağmayacaq

Yaz yağışı yağmayacaq
  25 Mart 2013    Oxunub:1429
Bakıda 13-18 dərəcə isti olacaq
Sabah – martın 26-da Bakı şəhərində və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq, şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-9, gündüz 13-18, bəzi yerlərdə isə 20 dərəcə isti təşkil edəcək.

Rayonlarda hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 8-13, bəzi yerlərdə 16 dərəcəyədək isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən martın 26-dan 28-dək Abşeron yarımadasında mülayim yaz havası meteohəssas insanlar üçün əsasən əlverişlidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti