Zərif və Ayvazyan arasında telefon danışığı olub

Zərif və Ayvazyan arasında telefon danışığı olub
  28 Dekabr 2020    Oxunub:1019
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə ermənistanlı həmkarı Ara Ayvazyan arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər müxtəlif səviyyələrdə iki xalqın dostluğuna əsaslanan dialoqun intensivləşdirilməsinin vacibliyini vurğulayıblar.

Ayvazyanla Zərif ikitərəfli və regional əməkdaşlığa dair gündəm məsələləri, xüsusilə regional təhlükəsizlik və sabitliyi müzakirə ediblər. Bu kontekstdə yeni regional problemlərin həlli üçün əməkdaşlıq perspektivləri qeyd edilib.

Zərif, İran tərəfi adından Qarabağdakı müharibə qurbanlarına görə Ermənistana başsağlığı verib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   İran   XİN   Nazir  





Xəbər lenti