Erkən seçkilər Paşinyanın istefasından sonra ola bilər

 Erkən seçkilər Paşinyanın istefasından sonra ola bilər
  28 Dekabr 2020    Oxunub:899
Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları gündəlik keçiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanda keçid hökumətinin baş naziri vəzifəsinə müxalifətin namizədi Vazgen Manukyan bildirib.

“Paşinyan istefa verməlidir, keçid hökuməti qurulmalıdır. Bu gün baş verənlər fəlakətdir. Bütün bunlar dayandırılmayana qədər erkən seçkilərdən danışmaq mənasızdır”, - Manukyan deyib.

Onun sözlərinə görə, erkən seçkilər ölkədəki vəziyyəti daha da çətinləşdirəcək, partiyalar arasında mübarizə başlayacaq, Paşinyan bir daha cəmiyyəti və partiyaları ağ-qaraya bölmək istəyir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Müxalifət   Paşinyan  





Xəbər lenti