Bu il Azərbaycanda 3500-dən çox zəlzələ olub

 Bu il Azərbaycanda 3500-dən çox zəlzələ olub
  28 Dekabr 2020    Oxunub:1255
2020-ci ildə Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmik stansiyaları tərəfindən 3579 yerli zəlzələ qeydə alınıb.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, Azərbaycan və ona bitişik ərazilərdə 6604 zəlzələ qeydə alınıb. Həmçinin Mərkəzin Monitoriq Mərkəzi tərəfindən 2301 uzaq zələlələr müəyyən edilib.

"Azərbaycan və ona bitişik ərazilərdə bu günə qədər ml> 3-dən yuxarı olan 74 zəlzələ qeydə alınıb".

Azvision.az



Teqlər: Zəlzələ  






Xəbər lenti