İranda 6 minə yaxın yeni yoluxma aşkarlandı

İranda 6 minə yaxın yeni yoluxma aşkarlandı
  28 Dekabr 2020    Oxunub:1196
İranda son sutka ərzində 5908 nəfər koronavirusa (COVID-19) yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İranda virusa yoluxanların sayı 1 206 373 nəfərə çatıb, hazırda 5174 xəstənin vəziyyəti ağırdır.

Son 24 saat ərzində virusa yoluxmuş 121 nəfər vəfat edib, ölənlərin ümumi sayı 54 814 nəfərə yüksəlib.

İndiyədək 960 751 nəfər xəstəlikdən sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti