Azərbaycana gətiriləcək vaksinlər vergidən azad olunur

Azərbaycana gətiriləcək vaksinlər vergidən azad olunur
  28 Dekabr 2020    Oxunub:1278
Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycana gətiriləcək vaksin və onun şprisləri 2 il müddətində əlavə dəyər vergisindən azad olunacaq.
Azvision.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Deputatlar dəyişikliyi tədqirəlayiq hesab ediblər.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Azvision.az


Teqlər: Vaksin   Vergi  






Xəbər lenti