“Lavrovla Qarabağ məsələsini müzakirə edəcəyik” - Çavuşoğlu

“Lavrovla Qarabağ məsələsini müzakirə edəcəyik” -  Çavuşoğlu
  28 Dekabr 2020    Oxunub:2410
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu sabah Rusiyaya səfəri zamanı həmkarı Sergey Lavrovla Dağlıq Qarabağ məsələsini müzakirə edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Çavuşoğlu jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, Ermənistan-Azərbaycan, Qarabağ məsələsi Lavrovla görüşdə diqqətdə olacaq.

“Rusiya ilə bir çox sahələrdə, o cümlədən regional məsələlərdə əməkdaşlığımız var. Suriyada, Liviyada fərqli tərəflərdəyik, ancaq Suriya ilə Astana prosesində, Liviyada atəşkəsin qalıcı olması üçün bəzi çalışmalarımız mövcuddur.

Lavrovla Qarabağ məsələsini də müzakirə edəcəyik. Məlum olduğu kimi, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılmas ilə bağlı iki ölkə arasında razılaşma imzalanıb. Ortaq mərkəzin qurulması istiqamətində müzakirələrimiz davam edəcək.

Azərbaycanın sərhəd təhlükəsizliyi, ərazi bütövlüyü beynəlxalq hüquq çərçivəsində olmalıdır. Bununla əlaqədar gələcəkdə atılacaq addımları müzakirə edəcəyik", - deyə Çavuşoğlu vurğulayıb.

Xatırladaq ki, dekabrın 29-da Soçidə Türkiyə-Rusiya Ortaq Strateji Planlaşdırma Qrupunun 8-ci iclası keçiriləcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ   Çavuşoğlu   Lavrov  





Xəbər lenti