Diplomatik qalmaqal: Bolqarıstan səfiri Rusiya XİN-ə çağırıldı

  Diplomatik qalmaqal:  Bolqarıstan səfiri Rusiya XİN-ə çağırıldı
  28 Dekabr 2020    Oxunub:1577
Bolqarıstanın Moskvadakı səfiri Atanas Krıstin Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, buna səbəb rusiyalı diplomatın Sofiyadan çıxarılmasıdır.

Səfir vəziyyəti şərh etməyib.

Xatırladaq ki, dekabrın ortalarında Bolqarıstan prokurorluğu diplomatik statusa malik Rusiya vətəndaşının hərbi məlumat toplamasından şübhələndiyini açıqlayıb.

Həmin şəxs persona non-qrata elan edilib və ölkədən çıxması üçün 72 saat vaxt verilib.
Rusiya səfirliyi diplomatın ölkədən çıxarılmasını əsassız adlandıraraq, bu cür hərəkətlərin hərbi sahədə, eləcə də Qara dəniz bölgəsində sabitliyin möhkəmlənməsinə kömək etmədiyini vurğulayıb.

Diplomatik nümayəndəlik cavab hüququnu özündə saxladığını diqqətə çatdırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: RusiyaXİN  





Xəbər lenti