Paşinyanın arvadı yenə tənqid hədəfinə çevrildi

Paşinyanın arvadı yenə tənqid hədəfinə çevrildi
  28 Dekabr 2020    Oxunub:1599
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan növbəti dəfə sosial şəbəkələrdə tənqid obyekti olub.
Azvision.az xəbər verir ki, Akopyan İkinci Qarabağ müharibəsi zamanı öldürülmüş hərbçi Vazgen Ohanesyanın ailəsini ziyarət edib. Ziyarətdən sonra sosial şəbəkələrdə paylaşılan fotolar ermənilərdə qıcıq doğurub.

Onlar daha çox Anna Akopyanın hər dəfə ölən əsgərlərin ailələrini ziyarət zamanı gülər üzlə, toy geyimləri ilə diqqət çəkməsini müzakirə ediblər. Kimisi Akopyanın məşhur “ERATO” dəstəsini xatırladıb, kimisi rəhbəri olduğu fondun əsgər ailələrinə yersiz yardımlarını və digər nöqsanlardan söz açıb.

Erməni ekspert Aram Gevorqyan isə “Facebook”da bu barədə paylaşım edərək baş nazirin arvadını sərt şəkildə tənqid edib.



Tural Tağıyev
Azvision.az


Teqlər: Akopyan  





Xəbər lenti