İran Süleymaninin ölümündə 48 nəfəri ittiham edir

 İran Süleymaninin ölümündə 48 nəfəri ittiham edir
  28 Dekabr 2020    Oxunub:1300
İran İnqilab Keşikçiləri Korpusunun komandiri, general Qasım Süleymaninin ölümündə 48 nəfəri günahlandırır.
Azvision.az xəbər verir ki, bu barədə İranın insan hüquqları qərargahının katibi Əli Bakeri bildirib.

"Qasım Süleymaninin işində 48 nəfər günahlandırılır, onların məsuliyyətə cəlb edilməsi üçün lazımi addımlar atılır”, - deyə Bakeri vurğulayıb.

Onun sözlərinə görə, İran hadisə ilə əlaqəli olan ölkələrə lazımi məlumat təqdim etmək üçün sorğu göndərib.

Bir gün əvvəl İran parlamenti sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Hüseyn Əmir Abdullahi generala qarşı əməliyyatda iştirak edən əsas şəxslərin 48 nəfər olduğunu açıqlamışdı. Əvvəllər İran səlahiyyətliləri ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi 30-dan çox təqsirləndirilən şəxs barədə məlumat vermişdi.

Xatırladaq ki, Qasım Süleymani 3 yanvar tarixində Bağdadda keçirilən əməliyyat nəticəsində qətlə yetirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: QasımSüleymani  





Xəbər lenti