Paşinyanın deputatı vətəndaş müharibəsinin anonsunu verdi

 Paşinyanın deputatı vətəndaş müharibəsinin anonsunu verdi
  28 Dekabr 2020    Oxunub:1595
“Bu tribunadan hüquq-mühafizə orqanlarının rəhbərlərinə, polis rəisinə və Milli Təhlükəsizlik Xidmətinin direktoruna müraciət edirəm. Onlardan qarşıdakı günlərdə İrəvanda ictimai asayişi bərpa etməyi xahiş edirəm”.
Azvision.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı Nikol Paşinyanın “Mənim addımım” fraksiyasının deputatı Ayk Sarkisyan deyib.

O qeyd edib ki, bu səhər şəxsi maraqlarını güdən bir sıra şəxslər parlamentin girişlərini bağlamaqla deputatları təxribata cəlb ediblər:

“İrəvan Daxili İşlər Şöbəsinin rəhbərinə şəhərdə ictimai asayişin tez bir zamanda bərpa olunması tələbi ilə müraciət edirəm. Əks təqdirdə bunlar hadisələrin mənfi yöndə inkişafına səbəb olacaq. Son günlərdə bir çox vətəndaşlar mənə məktublar yazırlar ki, polis işə yaramasa, millət vəkillərimizi və hökumətimizi özümüz qorumalı olacağıq".

Ayk Sarkisyan müxalif deputatların baş naziri və digər səlahiyyətliləri xain adlandırmasına da cavab verib. Deputat hesab edir ki, onlar sadəcə tribunadan bu cür fikirlər səsləndirənlərə reaksiya vermək istəmirlər. “Xainlər o şəxslərdilər ki, 20-30 ildir ölkəni qarət edirlər, özlərinə nəhəng dəmir-beton divarlarla əhatə olunmuş evlər tikirlər. Satqınlar onlardılar”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Vətəndaş-müharibəsi   Satqın   Baş-nazir  





Xəbər lenti