Rayon ərazisindəki ticarət mərkəzlərindən birində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən vətəndaş Emin Tağıyev polislər əməkdaşları tərəfindən saxlanılıb. Daha sonra onun yaşadığı mənzilə baxış keçirilən zamanı külli miqdarda pirotexniki vasitə aşkar olunaraq götürülüb.
|
| Dini liderlər Səmərqənddən dünyaya çağırış etdilər |
Növbəti analoji fakt da Binəqədi rayonu M.Ə. Rəsulzadə qəsəbəsində aşkarlanıb. Qəsəbə ərazisində yerləşən vətəndaş Ülvi Vəliyev priotexniki vasitələrin satışını həyata keçirərkən polis əməkdaşları tərəfindən saxlanılaraq Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə gətirilib.
Abşeron rayonu Mehdiabad qəsəbəsində də pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı tezalışan maddələrin satışı ilə məşğul olan vətəndaş Nurlan Hüseynov tutularaq ərazi üzrə Mehdiabad Polis Bölməsinə gətirilib.
Saxlanılan şəxslərin hər birindən aşkar olunan pirotexniki vasitələr müsadirə olunub. Faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və toplanan materiallar müvafiq qərar verilməsi üçün məhkəmə orqanlarına göndərilib.
Daxili İşlər Nazirliyi əhalinin nəzərinə çatdırır ki, məişət səs-küyünə qarşı aparılan mübarizə tədbirlərinə nəzarət çərçivəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir. Bu məmulatların satışını qanunsuz təşkil edən şəxslər aşkar edildikləri təqdirdə onlar barəsində ciddi intizam tədbirləri həyata keçiriləcək.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


