Nazirliyinin əməkdaşı üç medalla təltif olunub

Nazirliyinin əməkdaşı üç medalla təltif olunub
  29 Dekabr 2020    Oxunub:1201
Prezident İlham Əliyevin Sərəncamları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Nizami Hüseynli üç medalla - “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Azvision.az xəbər verir ki, nazirliyin Məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbəsinin baş məsləhətçisi olan Nizami Hüseynli müharibənin ilk günlərindən səfərbərlik çərçivəsində döyüşlərə yollanıb. Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə şəxsi igidlik və şücaət nümayiş etdirənlərdən biri olub.

Ümumilikdə, Nazirlik sistemindən 81 əməkdaş İkinci Qarabağ müharibəsində iştirak edib və möhtəşəm Zəfərimizin qazanılmasına öz töhfəsini verib.

Qələbəmizin qəhrəmanları ilə qürur duyuruq!

Azvision.az


Teqlər: Nazirlik  






Xəbər lenti