Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla danışdı

Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla danışdı
  29 Dekabr 2020    Oxunub:1575
Dekabrın 28-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Azvision.az XİN-ə istinadən xəbər verir ki, nazirlər 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası və bölgədə mövcud olan vəziyyəti müzakirə ediblər.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Azvision.az


Teqlər: XİN  






Xəbər lenti