GUAM-a gələn il bu ölkə sədrlik edəcək

GUAM-a gələn il bu ölkə sədrlik edəcək
  29 Dekabr 2020    Oxunub:1108
“2021-ci il Gürcüstan üçün çox məhsuldar və məsuliyyətli il olacaq. Gürcüstan gələn il yanvarın 1-dən 2022-ci il yanvarın 1-dək GUAM-a sədrlik edəcək. Bu, bizim üçün çox qürurvericidir”.
Azvision.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani GUAM-ın Xarici İşlər Nazirləri Şurasının onlayn formatda keçirilən iclasında deyib.

Nazir ölkəsinin GUAM-a sədrliyi dövründə görəcəyi əsas işlərdən danışıb. Bildirib ki, Gürcüstan 1 illik sədrlik dövründə təşkilat daxilində qarşılıqlı əlaqələri, siyasi, sektorlararası və parlamentlərarası əməkdaşlığın gücləndirilməsini, həmçinin insanlar arasında əlaqələrin dərinləşdirilməsini diqqət mərkəzində saxlayacaq.

Qeyd edək ki, Gürcüstan GUAM-a sədrliyi Azərbaycandan təhvil alacaq.

Azvision.az


Teqlər: GÜAM   Gürcüstan  





Xəbər lenti