Diaspor təmsilçiləri ölkə rəhbərliyinə təşəkkür edib
Scandinaviya Azərbaycanlılarının Finlandiya üzrə əlaqələndiricisi və Azər-Türk gənclər təşkilatının sədri Ülviyyə Cabbarova, Azərbaycan-Amerika Musiqi Fondunun rəhbəri Cəmilə Cavadova-Spitzberq, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov, “Arxangelsk vilayətinin Azərbaycan diasporu” regional ictimai təşkilatının sədri Tərlan Qasımov, Vladivostokda “Dostluq” Azərbaycan cəmiyyətinin sədri Ramiz Zeynalov, Moskva Azərbaycan Cəmiyyətinin sədri Şamil Tağıyev, AKDC sədri Orxan Həsənoğlu, eləcə də yüzlərlə digər diaspor təmsilçisi təltifə və həyata keçirilən diaspor siyasətinə görə ölkə rəhbərliyinə təşəkkür ediblər.
Soydaşlarımız bundan sonra da Azərbaycanın dünyada təbliği, milli maraqlarımızın müdafiəsi, diaspor fəaliyyətinin gücləndirilməsi yolunda fədakarlıqla çalışacaqlarını qeyd ediblər.
Azvision.az
Teqlər: Diaspor Komitə Təşəkkür







Vaxtında, Aydın, Lazımlı!


