Bir gecədə yüzlərlə britaniyalı turist yoxa çıxdı

Bir gecədə yüzlərlə britaniyalı turist yoxa çıxdı
  29 Dekabr 2020    Oxunub:1841
İsveçrənin məhşur Verbier xizək kurortundakı hotellərin birindən yüzlərlə britaniyalı turist yoxa çıxıb.
Azvision.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

İddia edilir ki, Britaniyadan məcburi karantin əmri alan 350-dən çox turist hoteldən qaçıb. Hotel sahibləri qonaqlar üçün göndərdikləri səhər yeməyinin toxunulmamış qaldığını görüb, onlarla əlaqə saxlaya bilmədikləri üçün polisə müraciət ediblər.

Turistlərin gecə saatlarında hoteldən ayrıldıqları ehtimal olunur. Hazırda onların axtarışları davam etdirilir.

Azvision.az



Teqlər: Britaniya   İsçevrə   Turist  





Xəbər lenti