Türkiyədə koronavirusdan ölüm sayı 20 mini ötdü

   Türkiyədə koronavirusdan ölüm sayı 20 mini ötdü
  29 Dekabr 2020    Oxunub:1166
Türkiyədə son sutka ərzində daha 257 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 15 197 yeni yoluxma qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 20 135, virusa yoluxanlar isə 2 162 775 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 037 433 pasiyent (son sutkada 22 203 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  



Xəbər lenti