Aİ Britaniya ilə imzalanmış ticarət müqaviləsini təsdiqlədi

Aİ Britaniya ilə imzalanmış ticarət müqaviləsini təsdiqlədi
  29 Dekabr 2020    Oxunub:1236
Avropa İttifaqı üzv dövlətlər və Böyük Britaniya arasında imzalanmış ticarət müqaviləsini təsdiqləyib.
Azvision.az xəbər verir ki, müqavilə bu gündən qüvvəyə minir.

Britaniya parlamenti müqaviləni dekabrın 30-da təsdiqləyəcək.

Sözügedən müqavilə Böyük Britaniyanın Avropa İttifaqının vahid bazarı və gömrük birliyindən çıxmasından sonrakı dövr üçün ticarət qaydalarını müəyyən edir.

Qeyd edək ki, dekabrın 24-də Böyük Britaniya ilə Avropa İttifaqı arasında ticarət sövdələşməsinin şərtlərinə dair razılıq əldə edilib.

Azvision.az


Teqlər: Britaniya   Avropa-İttifaqı  



Xəbər lenti