Moskvada COVID-19 qurbanlarının sayı 11 mini keçdi

Moskvada COVID-19 qurbanlarının sayı 11 mini keçdi
  29 Dekabr 2020    Oxunub:1111
Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusdan ölənlərin sayı açıqlanıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Moskvada son sutka ərzində 75 nəfər COVID-19 infeksiyasından dünyasını dəyişib. Bununla paytaxtda pandemiya qurbanlarının sayı 11 064 nəfərə çatıb.

Moskvada indiyədək 792 457 yoluxma halı qeydə alınıb, 609 770 pasiyent sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Moskva   Koronavirus  



Xəbər lenti