Bir gündə 441 mindən çox yoluxma olub - STATİSTİKA
Belə ki, ötən sutka ərzində 441 861 nəfər koronavirusa yoluxub, 6807 nəfər isə dünyasını dəyişib.
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 19 781 624 nəfər virusa yoluxub, 343 182 pasiyent dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 10 224 797 yoluxma qeydə alınıb. Onlardan 148 190 nəfəri vəfat edib.
Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 7 506 890 nəfərdə virus aşkar edilib. Xəstələrdən 191 641 nəfəri həyatını itirib. Dördüncü yerdə qərarlaşan Rusiyada 3 078 035 yoluxma, 55 265 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Fransada 2 562 646 nəfər virusa yoluxub ki, onlardan 6 3 109-u ölüb.
Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.
Azvision.az
Teqlər: Koronavirus Statistika







Vaxtında, Aydın, Lazımlı!


