Britaniyada həftədə azı 2 milyon insan peyvənd olunmalıdır

Britaniyada həftədə azı 2 milyon insan peyvənd olunmalıdır
  29 Dekabr 2020    Oxunub:1282
Koronavirusun yeni dalğasının yayılmasının qarşısını almaq üçün Böyük Britaniya həftədə 2 milyon insanın vaksinasiyasını təmin etməlidir.
Azvision.az "İnterfax"a istinadən xəbər verir ki, bu barədə London Gigiyena və Tropik Tibb Məktəbinin (LSHTM) mütəxəssisləri bildirib.

"İngiltərə daxilində infeksiyanın yayılmasının qarşısını almaq üçün yanvar ayında məktəbləri bağlamaq və həftədə 2 milyon insanı peyvənd etmək nəzərdən keçirilir. Reanimasiyanın pik yükünü azaldacaq və birinci dalğa zamanı infeksiyanın müşahidə olunan səviyyəsini aşağı salacaq yeganə ssenari budur”.

Qeyd olunur ki, əhalinin aktiv peyvəndi olmadığı təqdirdə, xəstəlik, xəstəxanaya yerləşdirmə və koronavirus infeksiyasından ölüm halları 2021-ci ildə 2020-ci ilin göstəricilərindən çox ola bilər.

Britaniya hökuməti artıq Pfizer-BioNTech peyvəndi ilə vaksinasiyaya start verib.

Ölkə səlahiyyətliləri dekabr ayında COVID-19 virusun yeni ştammının yayıldığını etiraf ediblər. Bununla əlaqədar olaraq İngiltərədə infeksiyanın yayılmasının qarşısını almaq üçün əlavə məhdudiyyətlər tətbiq olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Britaniya   Peyvənd  



Xəbər lenti