Ermənistanda virusdan ölənlərin sayı 3 minə çatır

Ermənistanda virusdan ölənlərin sayı 3 minə çatır
  29 Dekabr 2020    Oxunub:1007
Ermənistanda son sutka ərzində daha 348 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 158 296 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 22 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 2797-yə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 676 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti