Rusiya səfirliyini partlatmaq istəyənlər tutuldu

Rusiya səfirliyini partlatmaq istəyənlər tutuldu
  13 Fevral 2014    Oxunub:1223
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, Livan xüsusi xidmət orqanları Rusiya vətəndaşlarına qarşı terror aksiyaları keçirməyi planlaşdıran qrupu zərərsizləşdirib.
Yerli Livan KİV-lərinin məlumatına görə, fevralın 12-də Rusiyanın Beyrutdakı səfirliyi qarşısında bomba yüklü maşın aşkarlanmışdı. Minaaxtaranlar tərəfindən zərərsizləşdirlən bombanı “Əbdül Əzzəm Briqadası” qruplaşmasının üzvləri tərəfindən yerləşdirildiyi müəyyən olunub.

Aksiya Rusiya hakimiyyətinin Suriya böhranında Bəşər Əsəd hakimiyyətini müdafiə etməsinə cavab olacaqdı. “Briqada”nın rəhbəri, “Əl-Qaidə2 ilə əlaqədə olan Naim Abbas artıq həbs olunub.

Bundan öncə, 2013-cü il noyabrın 19-da Beyrutdakı İran səfirliyi də partladılmışdı. Həmin vaxt 25 nəfər həlak olmuş, 150-dən artıq insan xəsarət almışdı. Aksiyaya görə məsuliyyəti öz üzərinə götürən “Əbdül Əzzam Briqadası” İran və onun müttəfiqlərinə qarşı mübarizə aparmaqda davam edəcəklərini bildirmişdilər.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti