Ehtiyac meyarı 170 manat oldu

Ehtiyac meyarı 170 manat oldu
  29 Dekabr 2020    Oxunub:1195
2021-ci ilin dövlət büdcəsində ehtiyac meyarının məbləği müəyyən olunub.
Azvision.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində qeyd olunub.

Növbəti ildən ölkədə ehtiyac meyarının həddinin orta hesabla 6,3 faiz artımı və ya 160 manatdan 170 manata çatdırılması nəzərdə tutulub.

Qanun ayihəsi III oxunuşda səsə qoyularaq qəbul edilib.

Azvision.az


Teqlər: Milli-Məclis   Büdcə  






Xəbər lenti