Gələn il də 190 manat veriləcək? - Nazirdən açıqlama

 Gələn il də 190 manat veriləcək? -  Nazirdən açıqlama
  29 Dekabr 2020    Oxunub:4822
“Koronavirus pandemiyası ilə əlaqədar əhaliyə verilən birdəfəlik ödəmə 2020-ci ildə yaşayış minimumu həcmində olub”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, əgər sərt karantin rejimi 2021-ci ildə də tətbiq edilərsə, bu məsələyə, verilən ödəmənin yenə yaşayış minimumu həcmində olmasına hökumətdə baxılacaq.

O, birdəfəlik ödəmələrin verilməsinin elektron qaydada həyata keçirildiyini qeyd edib.

Azvision.az


Teqlər: Milli-Məclis   Birdəfəlik-ödəmə  






Xəbər lenti