Çavuşoğlu Soçidədir - Qarabağ müzakirə ediləcək

  Çavuşoğlu Soçidədir  - Qarabağ müzakirə ediləcək
  29 Dekabr 2020    Oxunub:1426
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyə-Rusiya Ortaq Strateji Planlaşdırma Qrupunun 8-ci iclasında iştirak etmək üçün Soçiyə səfərə gedib.
Azvision.az xəbər verir ki, bu barədə Çavuşoğlu “Twitter” hesabında bildirib.

"Türkiyə-Rusiya Ortaq Strateji Planlaşdırma Qrupunun 8-ci iclasında iştirak etmək üçün Soçidəyik", - deyə Çavuşoğlu yazıb.

Toplantıda iki ölkə arasındakı münasibətlərin regional və beynəlxalq inkişafı ilə əlaqədar hərtərəfli fikir mübadiləsi aparılacaq. Görüşün sonunda Rusiya və Türkiyə Xarici İşlər nazirlikləri arasında 2021-2022 tarixləri üçün Məsləhətləşmə Planı imzalanacaq.

Çavuşoğlu dünən bildirmişdi ki, görüşdə Dağlıq Qarabağ məsələsi, Azərbaycanın sərhəd təhlükəsizliyi məsələsi, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılmasının detalları müzakirə olunacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Soçi  





Xəbər lenti