Paşinyan müxalifətlə görüşə başlayır

 Paşinyan müxalifətlə görüşə başlayır
  29 Dekabr 2020    Oxunub:1765
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün “Çiçəklənən Ermənistan” partiyasının lideri və eyniadlı fraksiyanın rəhbəri Qaqik Tsarukyanla görüşəcək.
Azvision.az xəbər verir ki, bu barədə "Joxovurd” nəşri yazıb.

Nəşr, Paşinyanla görüşdən əvvəl fraksiya deputatlarının Tsarukyanla ayrıca müzakirə aparacağını qeyd edib.

“Çiçəklənən Ermənistan”ın iki deputatı da Paşinyanla görüşə qatılacaq.

Məlumata görə, partiya Paşinyan tərəfindən elan edilən erkən parlament seçkiləri keçirilməzdən əvvəl hökumətdə ona bir neçə portfel təqdim olunmasında israr edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Paşinyan   Ermənistan  



Xəbər lenti