Azərbaycan 30-dan çox ölkəyə yardım edib

Azərbaycan 30-dan çox ölkəyə yardım edib
  29 Dekabr 2020    Oxunub:1006
Beynəlxalq aləmdə məsuliyyətli və etibarlı tərəfdaş kimi özünü doğrultmuş Azərbaycan Respublikası COVID-19 pandemiyası ilə mübarizə üzrə aparılan beynəlxalq səylərə öz töhfəsini əsirgəməyib.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi 2020-ci ilin yekunlarına dair mətbuat buraxılışında yer alıb.

Qeyd olunub ki, Azərbaycan bu məqsədlə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi vermiş, həmçinin ISESCO və Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə BMT-nin Yaxın Şərq Agentliyinə (UNRWA), eləcə də 30-dan artıq ölkəyə humanitar və maddi yardım göstərib6

"Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırıb".

Azvision.az



Teqlər: Azərbaycan   XİN   Yardım  





Xəbər lenti