“Qarabağ məsələsi əməkdaşlığımızda prioritetdir” - Lavrov

“Qarabağ məsələsi əməkdaşlığımızda prioritetdir” -  Lavrov
  29 Dekabr 2020    Oxunub:1895
Dağlıq Qarabağ məsələsi Rusiya-Türkiyə əməkdaşlığında prioritet təşkil edir.

Azvision.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Soçidə keçirilən Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun 8-ci toplantısında deyib.
O bildirib ki, pandemiyaya baxmayaraq, Rusiya və Türkiyə liderləri ardıcıl təmasda olub.
Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan bu il üç dəfə əyani, bir dəfə isə Astana sammiti çərçivəsində videokonfrans formatında görüşüblər, 20 dəfəyə yaxın telefonla danışıblar.

Lavrov, həmçinin geniş beynəlxalq gündəmə malik olduqlarını əlavə edib:

“Suriya münaqişəsinin nizamlanmasına dair Astana formatı, Liviyada nizamlanma üzrə əməkdaşlığımız və hazırda prioritet hala gələn Dağlıq Qarabağ mövzusu".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  





Xəbər lenti