Ərdoğan Putinlə görüşəcək

 Ərdoğan Putinlə görüşəcək
  29 Dekabr 2020    Oxunub:1516
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Soçidəki danışıqlarda iki ölkə liderləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında gələn il Türkiyədə reallaşa biləcək görüşün hazırlanmasını rusiyalı həmkarı Sergey Lavrovla müzakirə etmək niyyətini açıqlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Çavuşoğlu bu gün keçirilən birgə Strateji Planlaşdırma Qrupunun iclasında deyib.

"Prezidentlərimiz arasındakı sıx dialoq, qarşılıqlı etimad yalnız ikitərəfli deyil, həm də regional əlaqələrin inkişafına xidmət edir. Bu gün prezidentlərimizin gələn il Türkiyədə keçirilməsi gözlənilən Zirvə toplantısına hazırlıq işlərini müzakirə edəcəyik”, - deyə Çavuşoğlu əlavə edib.

XİN rəhbəri Ankaranın Moskva ilə sıx dialoqdan məmnun olduğunu vurğulayıb:

"Əlbəttə ki, ticarət, mədəniyyət, turizm, enerji sahəsindəki əlaqələrimizin genişlənməsindən çox məmnunuq".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: VladimirPutin   Ərdoğan   Türkiyə   XİN  





Xəbər lenti