Ağır yol qəzası: 2 ölü, 3 yaralı

 Ağır yol qəzası: 2 ölü, 3 yaralı
  25 Mart 2013    Oxunub:1255
Bakı-Qazax yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün səhər saat 10:00 radələrində Kürdəmirin Karrar kəndi ərazisində qeydə alınıb.

“Tofaş”, “VAZ 2109” və “VAZ 2107” markalı minik maşınlarının toqquşması nəticəsində 2 nəfər dünyasını dəyişib, 3 nəfər ağır xəsarətlər alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ölənlərin və yaralıların şəxsiyyəti hələlik açıqlanmayıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. (apa)


Teqlər:





Xəbər lenti