Venesuelada mitinqlər qadağan olunub
Bununla yanaşı, hakimiyyət aksiyanı təşkil etməkdə günahlandırdığı bir sıra müxalifət liderlərinin həbsi barədə order verib. Hüquq-mühafizə orqanları onları ölümlə nəticələnəcək təxribatlar hazırlamaqda ittiham edir.
Xatırladaq ki, paytaxt Karakasda son bir neçə gün ərzində başlayan tələbə etirazları 50 mindən artıq insanı öz sıralarında birləşdirib. Venesuela polisi gözyaşardıcı qaz, rezin güllələr və su şırnaqlarından istifadə etməklə aksiyaya müdaxilə edib.
Toqquşmaların sonuna yaxın polislə iştirakçılar arasında silahlı toqquşma baş verib. Nikolas Maduro tərəfdarlarından biri və daha 2 etirazçı öldürülüb.
Ölkədə 56%-lik inflyasiyanın mövcudluğu və zəruri ərzaq məhsullarının mağazalarda olmaması etirazların əsas səbəblərindən biridir. Prezident Maduro isə iqtisadi çətinliklərə görə daxili və xarici düşmənləri ittiham edib.
AzVİsion.az