10-dan çox qazi yüksək texnologiyalı protezlə təmin olunub

 10-dan çox qazi yüksək texnologiyalı protezlə təmin olunub
  30 Dekabr 2020    Oxunub:1422
Vətən müharibəsində iştirak etmiş 10-dan çox qazi yüksək texnologiyalı protezlərlə təmin olunub.
Bunu Azvision.az -a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, qazilərdən bir neçəsinə də protezlər təqdim ediləcək.

"Bu say hələlik azdır, ancaq yeni ilin ilk rübündə artacaq. Protezlərin təminatı bir az vaxt aparan prosesdir, çünki yara sağalmalıdır, ondan sonra protezlə təminat həyata keçirilir, protezlə hərəkət üçün məşqlərə başlanılır. Ona görə də, proses uzun çəkdiyi üçün say hələlik azdır. İanırırq ki, yeni ilin ilk rübündə ehtiyacı olan bütün qazilərimizə bu təminatlar həyata keçiriləcək".

F.Talıbov qeyd edib ki, ayaqları amputasiya olunmuş, yaxud müəyyən fiziki orqanını itirmiş vətəndaşların protezlərlə təminatı istiqamətində işlər davam edir: "2016-ci ilin aprel döyüşlərindən sonra Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və tapşırığı ilə ölkəmizə yüksək texnologiyalı protezlərin gətirilməsi və qazilərimizə təqdim edilməsinə başlanılıb. Aprel döyüşlərindən sonra protezlərə ehtiyacı olan hər bir qazi təmin olunub. Daha sonra cənab Prezindetin sərəncamı oldu. Nazirliyin tərkibində Protez-Ortopedik Bərpa Mərkəzində yüksək texnologiyalı protezlərin hazırlanması istiqamətində işlərə başlanıldı".

Aytən Zəhra
Azvision.az


Teqlər: Vətən-müharibəsi   Qazi   Protez  






Xəbər lenti