"Kişilərin 49,5 faizi ailədə qızları yük kimi qəbul edir" - Komitə sədri

 "Kişilərin 49,5 faizi ailədə qızları yük kimi qəbul edir" -  Komitə sədri
  30 Dekabr 2020    Oxunub:1184
Bu gün müşahidə edilən problemlərdən birinin cins balansının pozulmasıdır. Ölkəmizdə hər 100 qız uşağına 105-107 oğlan düşür.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Komitə sədri parlamentdə 2019-cu il üzrə illik məlumatı təqdim edərkən gender bərabərliyinin əsas göstəricilərdən biri olan reproduktiv sağlamlıq baxımından çox önəmli olduğunu deyib.

"Aparılmış sorğular nəticəsində hələ də kişilərin 49,5 faizi ailədə qızları yük kimi qəbul edir. Məktəb direktorları və müavinləri arasında qadınların sayı artıb”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Milli-Məclis   İclas   Gender  






Xəbər lenti