“Açıq-saçıq geyimlərlə gender bərabərliyi olmur” - Razi Nurullayev
“Yəni gender bərabərliyi ilə əxlaqsızlıq bir tutula bilməz. Gender bərabərliyindən, qadın hüquqlarından sui-istifadə edib əxlaqsızlığı cəmiyyətə bulaşdırmaq olmaz. Gender bərabərliyi cəmiyyətin inkişafında qadınların məsuliyyətinin artırılmasıdır. Təəssüf ki, bəzi feminist qadınlar elə hesab edir ki, bərabərlik məsuliyyətsizlik, kişinin üzərində hökmranlıq etməkdir. Xeyr, tam əksidir.
Cəmiyyətin, onun kiçik bir subyekti olan ailənin inkişafı, müasir bilik və tələblərə uyğunlaşmasında məsuliyyəti daşımaqdır. Hesab edirəm ki, hər bir Azərbaycan qadını bunun fərqindədir. İstər kişi olsun, istər də qadın, nümayişkəranə şərab içməklə, siqaret çəkməklə, oturmaq tərzini dəyişməklə, açıq-saçıq geyimlərlə gender bərabərliyi olmur. Gender bərabərliyini dəyər səviyyəsinə qaldırmaq lazımdır".
Aytən Zəhra
Azvision.az
Teqlər: Milli-Məclis İclas Gender







Vaxtında, Aydın, Lazımlı!


