Amin və Bayram da evə buraxıldı

   Amin və Bayram da evə buraxıldı
  30 Dekabr 2020    Oxunub:1956
Əsirlikdən xilas edilən Amin Musayev və Bayram Kərimov evə buraxılıblar.
Bu barədə Azvision.az -a onların ailə üzvləri məlumat verib.

Qeyd edək ki, əsgər Amin Musayev və Bayram Kərimov Şuşa döyüşlərində yaralanaraq ermənilərə əsir düşmüşdülər.

Beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub və cari ilin dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılıb. Həmin gün Amin Musayev və Bayram Kərimov əsirlikdən azad edilərək Azərbaycana gətiriliblər.

Onlar müvafiq karantin tədbirləri ilə əlaqədar nəzarətə götürülüblər.

Azvision.az


Teqlər: Amin   Kamran   Döyüş   Əsir  






Xəbər lenti