Yəməndəki partlayışda BQXK-nın əməkdaşı ölüb

Yəməndəki partlayışda BQXK-nın əməkdaşı ölüb
  31 Dekabr 2020    Oxunub:959
Yəmənin paytaxtı Ədən şəhərində hava limanında baş vermiş partlayış nəticəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) bir əməkdaşı həlak olub.
Azvision.az xəbər verir ki, bu barədə BQXK məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı Komitənin daha üç əməkdaşı yaralanıb, iki nəfər isə itkin düşüb.

Qeyd edək ki, partlayış prezident Abd Rabbu Mansurun təyin etdiyi yeni hökumət üzvlərinin olduğu təyyarə Ədən hava limanına enərkən baş verib.

Azvision.az



Teqlər: BQXK  





Xəbər lenti