Türkiyədə bugünkü yoluxma sayı açıqlandı

Türkiyədə bugünkü yoluxma sayı açıqlandı
  31 Dekabr 2020    Oxunub:1017
Türkiyədə son sutka ərzində daha 254 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 15 692 yeni yoluxma qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 20 642, virusa yoluxanlar isə 2 194 272 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 078 629 pasiyent (son sutkada 20 191 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti